“Bitcoin”in qiyməti 83 min dollara enib

28.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,34% azalaraq 83 248,04 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 2,30%, son 30 gündə isə 7,32% bahalaşıb.

“Ethereum” 1,73% ucuzlaşaraq 2 648,48 dollara, BNB 0,14% azalaraq 770,38 dollara, “Zcash” 4,97% geriləyərək 1 555,42 dollara düşüb. “Monero” 3,59%, “Bitcoin Cash” 4,71%, “Bittensor” isə 4,06% dəyər itirib.

Qızıl əsaslı “PAX Gold” (PAXG) da son 24 saatda 1,79% ucuzlaşaraq 4 201,14 dollara enib.

“CoinMarketCap 20” indeksi son sutkada 1,16% azalaraq 173,90 bənd təşkil edib.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı geriləmə son yüksəlişdən sonra mənfəətin realizasiyası və investorların riskli aktivlərə münasibətdə daha ehtiyatlı mövqe tutması ilə əlaqələndirilir. Bununla belə, ABŞ-da spot “Bitcoin” ETF-lərinə son həftələrdə vəsait axınının bərpa olunması institusional tələbin davam etdiyini göstərir: avqustun 19-dan sonra bu fondlara təxminən 4,6 mlrd. dollar daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью