“Bitcoin”in qiyməti artdı

07.06.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyun ayının 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti 2%-ə yaxın artıb.

Metbuat.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-də “CoinMarketCap” platformasında 1.97 % bahalaşaraq 104 891 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.35% artaraq 2489 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether 0.03%, XRP son sutkada 1.87%, BNB isə 1.74% bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью