Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Bitcoin"in qiyməti avqustun 25-də artaraq, may ayından bəri ilk dəfə 80 000 dolları keçib.
Bu barədə Moderator.az "Kraken"in məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, kriptovalyutanın qiyməti Bakı vaxtı ilə saat 10:50 üçün 2% artaraq 80 489 dollara çatıb.
"Bitcoin"in qiymət artımı artıq bir həftədir davam edir, bu müddət ərzində təxminən 25% yüksəlib.