Bitcoinin qiyməti artmaqda davam edir

17.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ-də yenidən prezident seçilən Donald Trampın "Bitcoin" ehtiyatlarını aktivləşdirəcəyi gözləntiləri ilə Bitcoin kriptovalyutasının qiyməti ilk dəfə 107 min dolları keçib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, "Bitcoin"in bazar dəyəri  24 saat ərzində 1,33 faiz artaraq 3,74 trilyon dolları keçib.

İqtisadçılar bildiriblər ki, ən böyük kriptovalyuta şəbəkəsi olan "Bitcoin"in qiyməti Donald Trampın rəqəmsal aktivlərə mülayim baxışının təsiri və yanvar ayında ABŞ-də ikinci prezidentlik müddətinə başlayacaq Donald Trampın strateji təsiri səbəbindən artıb. 

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью