“Bitcoin”in qiyməti son iki ildə ilk dəfə 56 min dollara enib

21.11.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kriptovalyuta bazarında satışlar kəskin güclənib. “Bitcoin”in qiyməti 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəyə enib.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 8,97% azalaraq 56 155,98 ABŞ dollarına düşüb. Gün ərzində qiymət 55 830 dollara qədər enərək son 26 ayın minimumunu yeniləyib.

Kriptovalyutanın qiyməti son bir həftədə 16,31%, son 30 gündə isə 32,21% azalıb. Bazar kapitallaşması 1,13 trln. dollar təşkil edib.

“Ethereum”un qiyməti son sutkada 9,28% azalaraq 1 568,29 dollara, “Zcash”ın qiyməti 16,89% azalaraq 703,77 dollara, BNB-nin qiyməti isə 8,96% azalaraq 516,22 dollara enib.

“Monero”nun qiyməti 7,49% azalaraq 431,67 dollara, “Bitcoin Cash”in qiyməti 8,64% azalaraq 185,25 dollara, “Bittensor”un qiyməti 8,59% azalaraq 169,57 dollara, “Quant”ın qiyməti isə 7,84% azalaraq 131,27 dollara düşüb.

Qızıl təminatlı kriptovalyutalarda azalma nisbətən zəif olub. “PAX Gold”un qiyməti 0,26% azalaraq 3 508,45 dollara, “Tether Gold”un qiyməti isə 0,31% azalaraq 3 507,28 dollara enib.

“CoinMarketCap 20” indeksinin göstəricisi son sutkada 9,05% azalaraq 112,98 olub. İndeksin həftəlik itkisi 16,24%-ə, aylıq itkisi isə 32,74%-ə çatıb.

Analitiklər bildirirlər ki, kəskin eniş ABŞ-də texnologiya və süni intellekt şirkətlərinin səhmlərində satışların güclənməsi, Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik və kriptovalyuta ETF-lərindən kapital çıxışı ilə əlaqədardır.

Noyabrın 19-da ABŞ-nin spot “Bitcoin” ETF-lərindən təxminən 582 mln. dollar vəsait çıxarılıb. Noyabrın 20-də isə kriptovalyuta bazarında kredit çiyni ilə açılmış təxminən 1,5 mlrd. dollarlıq mövqenin məcburi bağlanması satış təzyiqini daha da artırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью