Bitcoinin qiyməti tarixi maksimumu yenilədi

20.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Bitcoin"in qiyməti tarixi maksimumu yeniləyərək, 94 000 dolları keçib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Binance" platformasının məlumatlarından bəlli olub.

Bildirilir ki, Bakı vaxtı ilə 17:15-də kriptovalyutanın qiyməti 94 000 dollar həddini keçərək rekord həddə - 94 008 dollara (+1,78%) çatıb.

Bakı vaxtı ilə 17:19-da "Bitcoin"in qiyməti artımını sürətləndirərək 94 241 dollar səviyyəsinə çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью