“Bitcoin”in qiyməti tarixi rekorda çatdı

21.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Bitcoin” kriptovalyutasının qiyməti tarixi maksimumunu yeniləyib və 97 min dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Binance” kriptovalyuta birjasında yer alıb. 

Belə ki, səhər saatlarına olan məlumata görə, “Bitcoin”in qiyməti 5,78 faiz artıb və 97,476 dollara çatıb. 

Ekspertlərin fikrincə, kriptovalyutanın qiymətinin artması bir neçə amillə izah edilir.

Burada əsas olaraq vacib rolu ABŞ-nin seçilən Prezidenti Donald Trampın ölkənin qlobal kriptovalyuta habına çevrilməsi, eləcə də “Bitcoin”dən rezervlərin yaradılması barədə vədləri oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью