Bitcoinin qiyməti yeni tarixi maksimuma çatdı

11.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın qələbəsi ilə kriptovalyuta bazarında yüksəliş yaşanıb. 

"Cebheinfo.az" xəbər verir ki, bahalaşan bitkoin bu gün tarixində ilk dəfə 81 min dolları keçərək rekord qırıb.

81 min 899 dollarla rekord qıran bitkoin bu yüksəlişin ardından bu səhər saat 07:23-ə 81 min 501 dollardan alınıb. 

Beləliklə, bitkoin yanvar ayında illik minimumu olan 38 505 dollardan iki dəfədən çox artıb.

"Ethereum" isə 3 min 200 dolları keçib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью