Icma.az, Apa.az saytına istinadən bildirir.
Kriptovalyuta bazarında son günlər qeydə alınan ucuzlaşmadan sonra müəyyən bərpa müşahidə olunur. Əsas rəqəmsal aktivlərin əksəriyyəti son 24 saat ərzində bahalaşıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 0,28% bahalaşaraq 79 657,76 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 2,88%, son 30 gündə isə 5,60% azalıb.
“Ethereum” 0,57% bahalaşaraq 2 309,90 dollara, BNB 0,50% artaraq 737,89 dollara çatıb. “Zcash” 3,48% yüksələrək 1 220,54 dollara, “Monero” isə 2,33% bahalaşaraq 602,67 dollara yüksəlib.
“Bitcoin Cash” 1,98% artaraq 280,91 dollara, “Bittensor” 0,35% bahalaşaraq 248,36 dollara çatıb. Daha yüksək artım “Quant”da qeydə alınıb. Bu kriptovalyuta son sutkada 6,96% bahalaşaraq 201,64 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda da cüzi bahalaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 0,13% artaraq 4 020,97 dollara, “Tether Gold” (XAUT) isə 0,14% bahalaşaraq 4 010,55 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,40% yüksələrək 161,62 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,60 trln. dolları ötüb.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı müsbət dinamika əvvəlki günlərdə baş verən kəskin ucuzlaşmadan sonra investorların aşağı qiymətlərdən alışlara üstünlük verməsi ilə əlaqəli ola bilər. Bununla belə, əsas kriptovalyutaların həftəlik və aylıq göstəricilərinin mənfi qalması bazarda satış təzyiqinin tam aradan qalxmadığını göstərir.