“Bitcoin”in SON qiyməti

14.07.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, CoinMarketCap platformasında bazarın ümumi kapitallaşması 0,53% azalaraq 2,15 trilyon ABŞ dollarına düşüb. CMC20 indeksi isə 0,51% geriləyərək 127,57 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,59% ucuzlaşaraq 62 416,62 ABŞ dollarına enib. Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan Ethereum isə əksinə, 0,10% bahalaşaraq 1 779,60 ABŞ dollarına yüksəlib.
BNB 0,18% artaraq 568,67 ABŞ dollarına çatıb. Bitcoin Cash 1,01%, Monero 1,63%, Zcash isə 3,54% ucuzlaşıb. Qızılla təmin olunan tokenlər – Tether Gold (XAUt) və PAX Gold (PAXG) da müvafiq olaraq 1,04% və 1,06% dəyər itirib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью