“Bitcoin”in ucuzlaşmaqda davam edir

17.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra qiymətlərdə nisbi sabitləşmə müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik və aylıq qiymət itkisi yüksək olaraq qalır.

Banco.az  xəbər verir ki,  “Bitcoin”in qiyməti son 24 saatda 0,03% artaraq 64 936,39 ABŞ dolları təşkil edib. Kriptovalyutanın qiyməti son 7 gündə 12,77%, son 30 gündə isə 20,69% azalıb.

“Ethereum”un qiyməti 0,48% artaraq 1 829,88 dollara, BNB-nin qiyməti 0,26% yüksələrək 593,69 dollara çatıb. “Zcash”ın qiyməti isə 3,01% artaraq 918,46 dollar təşkil edib.

Digər kriptovalyutalardan “Monero”nun qiyməti 0,01% artaraq 492,46 dollara, “Bitcoin Cash”in qiyməti 0,49% yüksələrək 209,24 dollara çatıb. “Bittensor”un qiyməti 1% artaraq 193,29 dollara yüksəlib. “Quant”ın qiyməti isə 1,05% azalaraq 153,47 dollara enib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью