Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın maliyyə bazarlarında nüfuzu artan “Bitcoin” durmadan dəyər və tərəfdar qazanır.
Baxmayaraq ki, bir sıra ölkələr bitcoini tədavül vasitəsi kimi tanımır.
Bununla belə hər kəs yeni valyuta növünə böyük maraq göstərir.Maraqlıdır ki, "MicroStrategy" şirkətinin idarə heyətinin sədri və "Bitcoin"nin ən görkəmli tərəfdarlarından biri olan Maykl Saylor yeni il ərəfəsində belə bir proqnoz verib ki, qarşıdakı onilliklər ərzində “Bitcoin”ə böyük bir qlobal sərmayə axını olacaq.
MÖVZU İLƏ BAĞLI:“Bitcoin”in qiyməti 105 min dollara ÇATDI – FOTO Saylora görə, bu dəyişiklik investorların daşınmaz əmlak, təbii resurslar və valyutalar kimi ənənəvi aktivləri sataraq "BTC"yə sərmayə qoymasını təmin edəcək.
Onun proqnozuna əsasən, "BTC"nin bazar dəyəri 2045-ci ilə qədər 280 trilyon dollara çata bilər.Təsadüfi deyil ki, ölkəmizdə də bu kriptovalyutaya böyük maraq var.
Baxmayaraq ki, kriptovalyutaların rəsmi şəkildə tədavülü qanunvericilikdə təsbit edilməyib.
Bununla belə Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb.