Bitdi artıq, bu qədər vəd yetər Baş məşqçi oyuna çıxmayacaqlarını təsdiqlədi

15.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Bəli oyuna çıxmayacağıq. Bir aya yaxındır ki, məşq edə bilmirik. Stadiona gedirik, qapısı bağlıdır. Borca görə komandanı ora da buraxmırlar. Rayonlardan olan uşaqları da qaldıları evdən qovdular. Borcları var idi".

Bunu Fanat.Az-a açıqlamasında 2-ci Liqanın liderlərindən biri "Qaradağ Lökbatan"la oyuna çıxmaqdan imtina edən "Şəki Siti"nin baş məşqçisi Elvin Həsənov deyib.

Həsənov bu gün 14:00-da rəqib meydanında baş tutmalı olan matça getmədiklərini təsdiqləyib:

"Dünən gecəyə qədər gözlədik. Verdikləri vədlər yenə boşa çıxdı. Beş əsas futbolçum yoxdur. Bakıda qalmağa yerləri, qidaları belə olmadığı üçün gediblər. Bu qədər vəd yetər, bitdi artıq".

Nihat  

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью