Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycanda sanitar sahədə normativ bazanın təkmilləşdirilməsi məqsədilə bitki mühafizəsi sahəsində qanun layihəsi hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən qanun layihəsi bitki mühafizəsi sahəsində müasir tələblərin tətbiqinə və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə xidmət edir.
Əli Hüseynov