Bitkiçilik məhsullarının ixracında pestisid qalıqları ilə bağlı sahibkarlara xəbərdarlıq

22.01.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) son dövrlərdə ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarında pestisid qalıqlarının aşkar edilməsi ilə bağlı bildirişlər daxil olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, həmin hallar əsasən təsərrüfatlarda bitki mühafizə vasitələrinin normadan artıq və texniki reqlamentlərin tələblərinə uyğun olmayan şəkildə tətbiqi, eləcə də məhsulun ixrac edildiyi təyinat ölkələrində aktiv qeydiyyat statusuna malik olmayan təsiredici maddələrdən istifadə edilməsi ilə əlaqədardır.

“Sahibkarların bitki mühafizə vasitələrinin seçimi və tətbiqi zamanı məhsulun ixrac olunacağı ölkənin tələblərinə ciddi şəkildə əməl etməyi vacibdir. Göstərilən tələblərə əməl olunmadığı halda, ixrac zamanı məhsul partiyasında qarşı ölkədə qeydiyyatda olmayan təsiredici maddələr aşkarlanarsa, həmin partiyanın ixracına icazə verilməyəcək”, - deyə məlumatda bildirilib.

AQTA sahibkarları mövcud normativ tələblərə ciddi şəkildə əməl etməyə və ixrac fəaliyyətində risklərin qarşısının alınması məqsədilə məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью