Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 8 ayında kəskin azalıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin yanvar-avqustunda 4 milyon 602,7 min manat olan ödənişlərin həcmi bu ilin eyni dövründə 391,8 min manata düşüb.
Azalma 4 milyon 210,9 min manat və ya 91,5% təşkil edib.
Bu zaman sığorta haqları əksinə, 4,6% artaraq 12 milyon 152,9 min manatdan 12 milyon 714,2 min manata yüksəlib.
Nəticədə ödənişlərin yığımlara nisbəti 37,9%-dən cəmi 3,1%-ə enib.