Bitkilər belə nəfəs alır VİDEO | Icma.az
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq. ABŞ-nin İllinoys Universitetinin alimləri bitkilərin mikroskopik məsamələr — ustitlər vasitə
Yarpaqların üzərində yerləşən bu ustitlər bitkinin karbon qazını qəbulunu, həmçinin oksigen və su buxarının xaric olunmasını tənzimləyir.
Bakupost.az “Live Science” nəşrinə istinadən xəbər verir ki, ustitlərin fəaliyyətini müşahidə etmək üçün alimlər “Stomata In-Sight” adlı xüsusi cihaz hazırlayıblar.
Bu cihaz mikroskop kimi işləməklə yanaşı, ustitlərin aktivliyini ölçür və əldə olunan görüntüləri təhlil edir.Tədqiqatçılar hesab edirlər ki, bu cihazın köməyi ilə ustitlərin fəaliyyətinə təsirini müəyyənləşdirmək mümkün olacaq.
Bu isə gələcəkdə kənd təsərrüfatı bitkilərindən daha keyfiyyətli məhsul əldə etməyə və eyni zamanda daha az su sərf etməyə imkan verə bilər.Fateh, BakuPost Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu