Bitkoin 91 min dollar həddini keçdi

02.12.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bitkoinin qiyməti yenidən yüksələrək 91 min dolları keçib.

Bakupost.az xəbər verir ki, Binance platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 21:30-da bitkoin 8,04% bahalaşaraq 91 744 dollara çatıb. Daha sonra artım bir qədər zəifləyib və qiymət 91 511 dollara (7,41% artım) enib.

Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ethereum-un (ETH) qiyməti də əhəmiyyətli artım göstərib. ETH 9,59% bahalaşaraq 3 017 dollar səviyyəsinə yüksəlib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью