Bitkoin bütün zamanların rekordunu qırdı

14.08.2025

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini endirəcəyi ilə bağlı gözləntilərin artması fonunda Bitkoin rekord həddə çatıb.

Banco.az xəbər verir ki, Bitkoin erkən Asiya ticarətində 1 faizdən çox dəyər qazanaraq, 124 480,82 dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası olan bitkoin, Asiya ticarətinin əvvəlində iyulda müəyyən edilmiş əvvəlki pik həddini keçərək 0,9% artaraq 124 002,49 dollara çatıb.

Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ether də gün ərzində 4,780,04 dollara çatıb ki, bu da 2021-ci ilin sonundan bəri ən yüksək səviyyədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью