Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoin səkkiz ayın zirvəsinə yüksəlib.
Banco.az xəbər verir ki, Bitkoin ilkin əməliyyatlarda 84 129 dollara qədər bahalaşıb. London vaxtı ilə saat 10:00-da kriptovalyutanın qiyməti 83 900 dollar ətrafında olub. İkinci ən böyük kriptovalyuta olan “Ether” 2,8 faizdən çox bahalaşıb. “XRP”, “Solana” və “Monero” da daxil olmaqla digər kriptovalyutaların qiymətində də artım qeydə alınıb.
Bu sıçrayış ABŞ-də spot bitkoin birja investisiya fondlarının (ETF) ötən həftəsonu investor marağının yenidən artdığına dair siqnal verməsindən sonra baş verib. ETF-lər cümə axşamı və cümə günü 593 milyon dollar həcmində vəsait cəlb edib. Bununla da əvvəlki iki gündə qeydə alınan kəskin vəsait çıxışını kompensasiya edərək həftəlik göstərici üzrə 6 milyon dollar xalis artım təmin edib. Bitkoin cümə günü 6 faizdən çox bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!