Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə yenidən baş verən münaqişələr qlobal bazarlarda risk iştahını azaltdığı üçün Bitkoin ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası bu gün 5%-dən çox ucuzlaşaraq 62 min dollardan aşağı düşüb.
Beləliklə, Bitckoin 6 fevraldan bəri ən aşağı səviyyəsini sınaqdan keçirib.
Bu eniş, Bitcoin-in kəskin satışını daha da dərinləşdirib və son bir həftə ərzində dəyərinin təxminən 16 faizini itirib.
Maykl Seylor "Strategy" şirkəti adından təxminən 2,5 milyard dollar dəyərində Bitkoin aktivlərinin bir hissəsini satdıqdan sonra satış təzyiqi daha da artıb.
Son illərdə Strategy rəqəmsal aktiv xəzinəsi modeli altında Bitkoin alaraq saxlayaraq kriptovalyuta bazarında ən böyük institusional investorlardan birinə çevrilib. Buna görə də, şirkətin səhmləri həm də Bitkoin üçün göstərici kimi qəbul edilir. Şirkətin milyardlarla dollar dəyərində Bitkoin ehtiyatlarının bir hissəsini satmaq qərarı bazarda mənfi qarşılanıb.