Bitkoin “uçur”: qiyməti görün neçəyə qalxdı

21.11.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bitkoinin qiyməti ticarət məlumatlarına görə 97 min dolları keçərək yeni rekord həddə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Həcminə görə ən böyük kriptovalyuta birjası olan Binance birjasında, bitkoin gündə 5,83% bahalaşaraq 97 403,37 dollara yüksəlib. Əvvəllər bu rəqəm rekord həddə - 97 720 dollara çatmışdı.

20-dən çox birjanın orta qiymətini hesablayan "CoinMarketCap" portalının məlumatına görə, bitkoinin dəyəri 2,84% artaraq orta hesabla 97 485,8 dollar təşkil edib. Gündəlik dinamika da verilir.

Adəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью