Bitkoin ucuzlaşmaqda davam edir

20.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kriptovalyuta bazarında qiymətlərin azalması davam edir. “Bitcoin”in qiyməti son 24 saatda 2,54% azalaraq 61 819,58 ABŞ dollarına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son bir həftədə 10,29%, son 30 gündə isə 25,27% azalıb. Kriptovalyutanın bazar kapitallaşması 1,24 trln. dollar təşkil edib.

“Ethereum”un qiyməti 3,66% azalaraq 1 734,84 dollara, “Zcash”ın qiyməti 7,03% azalaraq 860,61 dollara, BNB-nin qiyməti isə 2,08% azalaraq 572,79 dollara enib.

Eyni zamanda, “Monero”nun qiyməti 1,98% azalaraq 492,61 dollara, “Bitcoin Cash”in qiyməti 0,66% azalaraq 205,46 dollara, “Bittensor”un qiyməti 3,62% azalaraq 187,71 dollara, “Quant”ın qiyməti isə 5,79% azalaraq 142,43 dollara düşüb.

Qızıl təminatlı kriptovalyutalarda daha kəskin azalma qeydə alınıb. “Tether Gold”un qiyməti 4,70% azalaraq 3 541,07 dollara, “PAX Gold”un qiyməti isə 4,64% azalaraq 3 541,02 dollara enib.

“CoinMarketCap 20” indeksinin göstəricisi son sutkada 2,14% azalaraq 124,82 olub.

Analitiklər bildirirlər ki, enişin əsas səbəbləri ABŞ-də dekabr ayında faiz artımı gözləntilərinin güclənməsi, dolların möhkəmlənməsi və dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsidir. ABŞ-nin spot “Bitcoin” ETF-lərindən noyabrda təxminən 2,9 mlrd. dollar vəsait çıxışı da satış təzyiqini artırıb. Texnologiya səhmlərindəki geriləmə və kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması bazardakı azalmanı daha da sürətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью