Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bazar kapitallaşmasına görə ilk iki kriptovalyuta olan “Bitkoin” və “Ethereum”un qiymətində 5%-dən çox kəskin enişdən sonra azalma tempi zəifləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarında bildirilir.
Platformanın Bakı vaxtı ilə 04:29-a olan məlumatına görə, “Bitkoin”in qiyməti 5,49% azalaraq 76 min 760 dollara düşüb. “Ethereum” isə 6,46% ucuzlaşaraq 2 205 dollar olub.
Bakı vaxtı ilə 07:23-ə olan məlumata görə, “Bitkoin”in qiymətindəki azalma 3%-ə qədər zəifləyib və qiyməti 77 min 477 dollar təşkil edib. “Ethereum”un qiymətindəki azalma isə 3,9%-ə qədər zəifləyərək 2 216 dollara düşüb.
Qeyd edək ki, bir müddət əvvəl “Binance” kriptovalyuta birjasının keçmiş rəhbəri Çanpen Çjao platformanın haker hücumuna məruz qalmış ola biləcəyini açıqlayıb.