Bitkoin yeni rekorda imza atdı 126 min dolları keçdi

07.10.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Dünyanın aparıcı kriptovalyutası olan bitkoin oktyabrın 6-da 126 min dolları ötərək bütün zamanların ən yüksək qiymətinə çatıb.
Yeniavaz.com
xəbər verir ki, “Binance” ticarət platformasının məlumatına görə, dünən axşam saatlarında bitkoinin qiyməti bir token üçün 126 min 764 dollar olub.
Bu, kriptovalyutanın tarixində qeydə alınan ən yüksək göstəricidir.
Bundan əvvəlki rekord isə cəmi bir gün əvvəl – oktyabrın 5-də, bitkoinin 125 min dolları ötməsi ilə müəyyən edilib. Həmin gün səhər saatlarında kriptovalyutanın bazar kapitallaşması 2,48 trilyon dollara yüksəlib.
Ekspertlər bitkoinin son yüksəlişini ABŞ dollarının zəifləməsi və qlobal bazarlarda qeyri-müəyyənliklə əlaqələndirirlər.
Mütəxəssislərin fikrincə, ABŞ-də ticarət siyasəti ilə bağlı gərginlik və prezident Donald Trampın tarif qərarları investorları daha riskli, lakin gəlirli aktivlərə – o cümlədən kriptovalyutalara yönəldib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью