Bitkoində REKORD: 100 min dollar Xəbər saytı Son xəbərlər və Hadisələr

05.12.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Bitcoin" tarixi rekorda imza atdı: 100000 dolları keçdi.

BAKU.WS Binance platformasının ticarət məlumatlarına istinadən xəbər verir ki, cümə axşamı erkən saatlarda Bitcoin ilk dəfə olaraq 100000 dolları keçdi.

Ekspertlər daha əvvəl TASS-a verdikləri açıqlamada, Bitcoin-in yaxın günlərdə 100,000 dollar həddini keçə biləcəyini və artımını 300,000 dollar səviyyəsinə qədər davam etdirəcəyini proqnozlaşdırıblar.

Analitiklərə görə, kriptovalyuta qiymətlərinin artmasının bir neçə səbəbi var. Xüsusilə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ABŞ-ni qlobal kriptovalyuta mərkəzinə çevirmək niyyəti ilk səbəblərdəndir.

Kriptovalyutaların investorlar üçün cəlbedici olmasının başqa bir səbəbi isə Bitcoin və Stablecoin-in geosiyasi böhranlar zamanı potensial qoruyucu aktivlər kimi qiymətləndirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью