Bitkoindən növbəti rekord: 99 min dolları ötdü

22.11.2024

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bitkoinin kriptovalyutasının qiyməti 99 min dollardan yuxarı qalxaraq öz tarixi rekorduna imza atıb.

Axar.az xəbər verir ki, Bakı vaxtı ilə 07:17-də “Binance” platformasında Bitkoinin dəyəri 99,136 min dollara, 07:33-də isə 98,598 min dollara çatıb.

Ekspertlərin fikrincə, bitkoin yaxın günlərdə 100 min dollar həddini keçə bilər.

Kriptovalyutanın bahalaşmasına səbəb kimi ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью