Bitkoinin məzənnəsi 92 min dollara çatdı

13.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Binance" birjasında bitkoin kriptovalyutasının məzənnəsi 92 min dollara çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Profinance" məlumat yayıb.

Bu, Donald Trampın prezidentliyi və administrasiyasının kriptovalyutalar üçün əlverişli olacağı gözləntiləri fonunda baş verir.

Dünyanın ən məşhur kriptovalyutası seçki həftəsinin ən böyük hadisələrindən biri olub və 91 904 dollara qədər - tarixdə ən yüksək səviyyəsinə çatıb.

ABŞ-də prezident seçkisindən bəri rəqəmsal aktiv 30%-dən çox artıb. Bu, gündəlik 3%-dən çox artım deməkdir.

Xatırladaq ki, Tramp kriptovalyutalar üçün əlverişli tənzimləyici baza yaratmağa, bitkoinlərin strateji ehtiyatını formalaşdırmağa və ABŞ-ni bu sənayenin dünya mərkəzinə çevirməyə söz verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью