Bitkoinin qiyməti 105 min dollardan aşağı düşdü

11.10.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bitkoinin dəyəri 105 min ABŞ dollarından aşağı enib. Bu, 2025-ci ilin 24 iyun tarixindən bəri ilk belə göstəricidir.

Teleqraf xəbər verir ki, bu barədə Kriptovalyuta birjası "Binance" məlumat yayıb.

Məlumata əsasən, Bakı vaxtı ilə 01:19-da bitkoin 13,68% ucuzlaşaraq 104 764 dollar səviyyəsinə düşüb.

Bir qədər sonra, 01:24-də, kriptovalyutanın məzənnəsi qismən bərpa olunaraq 108 923 dollar həddinə qalxıb və 0,68% artım qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью