Bitkoinin qiyməti dekabrın 19dan bəri ilk dəfə 100 min dolları keçib

07.01.2025

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Ayşən İmanova/Banco.az

Bitkoinin ticarət zamanı qiyməti dekabrın 19-dan bəri ilk dəfə olaraq 100 min dolları ötüb.

Banco.az xəbər verir ki, bunu “Binance” platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 18:52-yə olan məlumata görə, bitkoinin dəyəri 100,493 min dollar (+2,67%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Saat 18:54-də kriptovalyutanın qiyməti artımını əhəmiyyətli dərəcədə sürətləndirib və 101,160 min dollar (+3,39%) səviyyəsində ticarət edilib.

Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “hasil oluna” bilər. Bunun üçün yeni sistem blokları yaradılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью