Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Yəqin ki, bir çoxumuz uşaq vaxtı bit "hücum"una məruz qalmışıq.
Elə indi də uşaqlar arasında bu hala ən az bir dəfə rast gəlmək mümkündür.
Əgər sinifdə bir nəfərdə bit varsa, demək olar ki, bu, hamısına keçir. Çünki bit uçma və tullanma kimi xüsusiyyətlərə malikdir.
Bəs bit insan saçına niyə düşür və xilas olmaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan pediatr Qoşqar İsmayılov bitlərin saç tökülmə kimi ciddi fəsadlara yol açdığını bildirdi: "Bit xəstəliyi pedikulyoz adlanır.
Xüsusən də uşaqlarda, bəzən də təmizliyə riayət etməyən böyüklərdə rast gəlinə bilər. Əsasən saçda yaşayır və gözlə də görülə bilər.
Bu vaxt dəridə qaşınma baş verir. Uzun müddət qalanda saçın zədələnməsinə və tökülməsinə səbəb ola bilər.
Bir nəfərdə olanda digər ailə üzvü və ya sinif yoldaşlarına keçmə ehtimalı yüksəkdir. Bitlər saçda öz-özünə artır.