Bitlz üçün muzey tikilir: Liverpulda yeni məkan 2028 ci ildə açılacaq

21.10.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya musiqi tarixinin ən məşhur qruplarından biri olan "Bitlz"ın irsi Liverpulda yeni mədəniyyət məkanında yaşadılacaq.

Kulis.az xəbər verir ki, şəhərdə qrup haqqında məlumatları, tarixi materialları və eksponatları bir yerə toplayacaq təxminən 10 min kvadratmetrlik yeni ziyarətçi məkanının 2028-ci ildə açılması planlaşdırılır.

Pol Makkartni layihəni yüksək qiymətləndirib. Təşəbbüs "Bitlz"ın yaradıcılığını yalnız musiqi həvəskarları üçün deyil, şəhərin mədəni turizmi baxımından da daha əlçatan etməyi hədəfləyir.

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar Beynəlxalq səyyahlar Azıx mağarasında olublar Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью