“Bitməyən ömrün yarımçıq gündəliyi“ nəşr edildi | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
44 günlük İkinci Qarabağ müharibəsində şəhidi Sahib Musayevə həsr edilən kitab çapdan çıxıb.
Moderator.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının növbəti kitabı 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olan Sahib Musayevin qəhrəmanlığından bəhs edir.
"Bitməyən ömrün yarımçıq gündəliyi" kitabında Şuşa fatehinin doğmalarının, döyüş yoldaşlarının, dostlarının xatirələri, onun yarımçıq gündəliyindən qeydlər, ömrünün müəyyən məqamlarını əks edirən rəngli foto-albom, müəllifin şəhidin xatirəsinə həsr etdiyi şeirlər yer alıb.
Kitabın ideya müəllifi şəhidin ömür-gün yoldaşı Pərvin Musayeva, redaktoru isə Nigar Nərimandı.
Qeyd edək ki, Sahib Musa oğlu Musayev (1984-2020) 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub.
2001-ci ildə tam orta məktəbi bitirib. Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib.
19 oktyabr 2002-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq kəşfiyyatçı-istehkamçı, baş kəşfiyyatçı, manqa komandiri vəzifələrində xidmətini davam etdirib.
Tam oxu
Xəbəri oxu