“Biz 2018 ci ildən Konstitusiyamızı dəyişmək istəyirik və bunu edəcəyik”

17.04.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistanda demokratik inqilab baş verəndə və indiki hakim partiyamız hakimiyyətə gələndə biz demək olar ki, dərhal Konstitusiyamıza dəyişikliklər edəcəyimizi bəyan etdik. İndi isə, mənim başa düşdüyüm kimi, bu, təkcə mövcud Konstitusiyaya dəyişiklik deyil, yeni Konstitusiya olacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mediasına verdiyi müsahibədə Ermənistanın  Azərbaycanla sülh sazişi imzalamaq üçün konstitusiya dəyişikliyinə gedib-getməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

"Konstitusiyaya dəyişikliklərlə məşğul olan mövcud komissiya hüquqi mexanizmləri müzakirə edir və bildiyimə görə, onun səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Elə həmin il parlament seçkiləri keçirilməlidir. Ona görə də 2018-ci ildən biz yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyində israrlı idik və bu məsələ gündəmimizdə qalmaqda davam edir. Biz bunu reallığa çevirəcəyik. Lakin bu məsələni Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirmək konstruktiv deyil”, - deyə, Mirziyan qeyd edib.


Elcan

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью