“Biz artıq yüksək səviyyəli komanda deyilik”

28.09.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger yığmanın Millətlər Liqasında Yunanıstana uduzmasını şərh edib.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Biz artıq yüksək səviyyəli komanda deyilik. Heyətdə oyunların taleyini həll edə biləcək futbolçularımız yoxdur. Hətta Yunanıstanda belə bu tipli oyunçular var. Ümid edirəm ki, Yurgen Klopp arzuladığımız komandanı formalaşdıra bilər”.

Almaniya Millətlər Liqasında 2 matçdan sonra 1 xal toplayıb. Kloppun rəhbərlik etdiyi kollektiv I turda Niderlandla heç-heçə edib (1:0), II turda Yunanıstana uduzub (0:1).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью