“Biz atəşkəsə sadiqik, lakin ...”

03.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Livanda atəşkəsin saxlanmasına sadiq olduğunu, lakin Hizbullah tərəfindən onun pozulmasına qarşılıq verəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin şimalındakı Nahariya şəhərində danışıb.

“Biz atəşkəsə sadiqik, lakin qarşı tərəfdən atəşkəsin pozulmasına dözməyəcəyik”, - Netanyahu bildirib. 

Onun sözlərinə görə, noyabrın 2-də Livan sərhədindən ciddi pozuntu baş verib və bunun ardınca İsrail oradakı 20 hədəfə zərbə endirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью