Biz Avropa və ABŞ a havada müharibə aparmağı öyrədirik Ukraynalı komandir

26.08.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələrinin Qərbdən aldığı pilotsuz uçuş aparatları (PUA) artıq köhnəlmiş sayılır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri xüsusi təyinatlı batalyonlardan birinin komandirinə istinadən məlumat yayıb.

Hərbçinin sözlərinə görə, onun bölməsi Ukraynada istehsal edilən və sərbəst satışda olan dronları döyüş tapşırıqları üçün yenidən təchiz edir:

“Biz batareyaları gücləndirir, həmçinin partlayıcıların yerləşdirilməsi üçün əlavə qurğular quraşdırırıq. Bəli, biz NATO-dan PUA-lar alırıq, amma onlar faydasızdır, çünki köhnədirlər. İndi isə biz özümüz Avropadakı və ABŞ-dakı müttəfiqlərə havada müharibə texnologiyalarını öyrədə bilirik”, – deyə komandir vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью