Biz bir səhv daha çox etdik və uduzduq Ayntraxt ın baş məşqçisi | Icma.az
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçını keçirib.
Azərbaycan çempionu "Ayntraxt"ı qəbul edib. Matç 3:2 hesabı ilə təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisinin baş məşqçisi Dennis Şmitt oyunlan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: "Təbii ki, oyundan sonra üzüldük.
Erkən qol buraxdıq, qalib gəlmək istəyirdik. Yaxşı başlamadıq. Amma sonradan yaxşı reaksiya göstərdik, toparlandıq.
Hesabı bərabərləşdirdik.Hər iki komandanın şansları var idi. Fasilədə müəyyən məsələləri danışdıq, taktikanı dəyişdik.
Gördük ki, “Qarabağ” 2-ci hissədə pressinq edirdi, hücuma keçirdi. Hesabda irəliyə də keçdik, amma “Qarabağ” dərhal hesabı bərabərləşdirdi.
2:2-dən sonra oyuna nəzarət edirdik. Amma “Qarabağ” yenə hücumlar etdi. Çox çalışdıq ki, intizamlı oynayaq.
Bu oyundan pozitiv məqamları götürüb, analiz edəcəyik". - “Ayntraxt” bu mövsüm açıq futbola üstünlük verir.
Tam oxu
Xəbəri oxu