Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Bizon Azərbaycan kubokunda “Sabah” evdə “Qəbələ”yə qalib gələ bilmədi – 0:0.
“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Bu gün həqiqətən çox ağır oyun oldu. "Qəbələ"ni təbrik etmək istəyirəm, çox yaxşı performans göstərdilər. Fərqlənə də bilərdilər. Biz bu gün səviyyəmizdən aşağı çıxış etdik. Yaradıcılıq yox idi. Bir şansımız oldu, ondan da yararlana bilmədik. İnanıram ki, cavab oyununda daha yaxşı çıxış edib sevinən tərəf biz olacağıq. Sabahdan hazırlığa başlayacağıq. Çünki bizi bazar günü çox çətin oyun gözləyir.
- Noyabrdan bəri hər oyunda ən azı iki qol vurmusuz. Bu gün fərqlənə bilmədiz. Bu məqam elitaya köklənməyinizə görə ola bilər?
- Hər oyunda qollar vursaq da, bu gün fərqlənə bilmədik. Biz hər oyunda qalib gəlmək istəyirik. Amma bu gün enerjimiz, istəyimiz çatışmırdı. Təzyiq də istədiyimiz kimi deyildi. Hər oyunda qələbə qazanmaq olmaz. Çünki rəqiblər də bizi təhlil edir. Necə ki, "Qəbələ" də bunu bacardı. Amma nə etmək olar?! Heç kim deyə bilməz ki, hər oyunda qalib gəlməliyik.
- Rotasiya etdiyiniz futbolçular ümidlərinizi doğrultdu?
- Əsas heyətdə çox yaxşı oyunçular var idi. Mənim üçün ilk "11-lik" anlayışı yoxdu. Ende bu gün karyerasında ilk dəfə start heyətində meydana çıxdı. Bu gün oyunçular meydançada döyüşdülər. Amma biz də insanıq, heç vaxt deyə bilmərik ki, hər oyunda qalib gəlməliyik. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Onu da deməliyik ki, "Qəbələ" bu gün çox yaxşı çıxış etdi.
MÜZƏFFƏR QULUZADƏ