Biz bütün səadətimizi dörd gündə yaşadıq...” Sevinc Mürvətqızı | Icma.az
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
21 iyul amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin doğum günüdür.
Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının "Əcəl zəngi" : Ölüm qorxusundan güclü..." yazısını təqdim edir.
“...Tufan sənin, ya dostunun evini yerlə-yeksan eləsə - dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən: sənsən dünyadan köçən”.
Bu fikirlər XVI-XVII əsr ingilis şairi Con Donna məxsusdur, Ernest Heminqueyin “Əcəl zəngi” romanında epiqraf kimi verilib.
Bu romanı sevməyimin səbəbləri çoxdur: insan ruhunun yenilməzliyi, məğlubedilməzliyi, zəngin hisslər palitrası, həyati həqiqətlərin bəzən epitetsiz, təşbehsiz, hərdən hətta qaba, kobud leksikondan bəhrələnən ifadəsi, canlı dialoqlar (o qədər canlı ki, bəzən oxucu şəxsən bu dialoqlara qatıldığı hissinə qapılır) və nəhayət, ilkin instinktlərin insani sublimasiyasının özünəməxsusluğu… Bir çox tanınmış yazıçılara bol və keyfiyyətli yazı materialı verən İspaniya mövzusu Ernest Heminqueyin yaradıcılığından da qırmızı xətlə keçir.
Heminqueyin amerikalı novella yazarı və jurnalist Marta Gellhorn ilə bir neçə illik birgə nikahından ilham alaraq yazdığı “Əcəl zəngi”ni müharibə romanı da adlandırmaq olar, sevgi hekayəti də...
Əsərin baş qəhrəmanının qarşısında duran əsas vəzifə üstündən faşist zabitlərinin keçəcəyi körpünü partlatmaqdır.
Tam oxu
Xəbəri oxu