“Biz daha yaxşı olacağıq” VİDEO

30.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

La Liqa təmsilçisi “Barselona”nın hücumçusu Rafinyanın dünən “Alaves”lə keçirilən qarşılaşmadan sonra baş məşqçi Hansi Flikə yaxınlaşaraq nəsə deməsi kameralara tuş gəlib.

İdman.Biz xəbər verir ki, Flik braziliyalı hücumçu ilə söhbəti barədə jurnalistlərə açıqlama verib.

“Matçdan sonra Rafinya mənə yaxınlaşdı və əvvəl onlara dediyim fikri təkrarladı. “Biz inkişaf edəcəyik. Qarşıdakı oyunlarda çox daha yaxşı olacağıq”, - deyərək məni ruhlandırdı”, - baş məşqçi vurğulayıb.

Mütəxəssis komandanın irəliləyiş göstərəcəyinə və yaxın matçlarda daha güclü performans sərgiləyəcəyinə inandığını söyləyib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью