Icma.az, Qol.az saytına istinadən bildirir.
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Sabah"a məğlub olduqları matç (0:2) barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Çempionlar Liqasında çıxış edən komandaya qarşı oynamaq xoşdur. Bizi çətin matçın gözlədiyini bilirdik. Komandamızın heyəti tam formalaşmayıb, bəzi futbolçularımız çatışmır. Buna baxmayaraq, oyunçularımız əllərindən gələni etdilər".
- “Araz-Naxçıvan” nə vaxt qələbə qazanacaq?
- Biz də bunun baş verməsini istəyirik.
- Qış fasiləsində neçə transferə ehtiyacınız var?
- Heyəti gücləndirmək üçün əlimizdən gələni edəcəyik.
- Qarşıdakı iki oyunda da çempionluq uğrunda mübarizə aparan komandalarla qarşılaşacaqsınız. Bu matçlarda hədəfiniz nə olacaq?
- Meydana çıxıb öz oyunumuzu oynayacağıq. Futbolda hər şey mümkündür. Bəzən istədiyin alınır, bəzən isə yox.