Biz deyə bilmərik ki, qadın sürücü olmasın... Tural Abbaslıdan REAKSİYA

29.05.2025

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Düşünmürəm ki, ictimai nəqliyyatda sürücünün qadın ya kişi olması fərq etsin. Sərnişin mədəniyyəti, ictimai yerlərdə insanların davranış qaydaları işçilərdən asılı deyil".
Bunu Demokrat.az-a açıqlamasında "Ağ Partiya" sədri Tural Abbaslı deyib. O bildirib ki, bununla bağlı hər bir insan özü məsuliyyətli olmalı, davranışlarına cavabdeh olmalıdır:
"Düzdür, elə hadisələr olur ki, dava düşür. Amma nəzərə alaq ki, bu münaqişələr kişi sürücülərlə qadın sərnişinlər arasında da olurdu.
Əmək Məcəlləsində kişi və qadın ayrı-seçkiliyi yoxdur, biz deyə bilmərik ki, qadın olmasın. Qadın ictimai nəqliyyatda sürücü olmaq istəyirsə, oradan qazanc əldə edəcəksə, lap yaxşı. İnsanlarımız da nəzərə almalıdır ki, bizim milli-mənəvi dəyərlərimizdə qadına xüsusi diqqət var".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью