Biz dostlar hər il Yeni il qabağı toplaşırıq Rəhmon

27.11.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tacikistan prezidenti Emoməli Rəhmon MDB dövlət başçılarının dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcək. 

"Unikal" xəbər verir ki, o, bu barədə Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

"Dekabrın 21-də Sankt-Peterburqda görüşmək üçün dəvətinizi qəbul etməkdən çox məmnunam, çünki biz dostlar ənənəvi olaraq hər il Yeni il qabağı toplaşırıq", - deyə siyasətçi bildirib.

Rəhmon bu cür görüşlərin formatının dəyişməzliyini qeyd edib və dekabr danışıqlarında iştirakını təsdiqləyib.

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью