Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya kimi toksik ölkələr qərəzli, destruktiv siyasətlərini heç vaxt bir göz qırpımında dəyişmirlər.
Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Pekində keçirdiyi mətbuat konfransında "Prezident İlham Əliyevlə və həyat yoldaşı ilə salamlaşdıq, 2- 3 kəlmə danışdıq.
Fundamental əlaqələr və onu inkişaf etdirmək istəyi hər şeyi yerinə qoyacaq" səpkili açıqlama verməsi, əslində, heçnəyi dəyişmir.
Rəsmi Moskva ölkəmizə qarşı yanlış siyasətini yenə də əvvəlki tərzdə davam etdirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi “Azərbaycanın həbsdə saxladığı 13 Rusiya vətəndaşının azadlığa buraxılması münasibətlərin yaxşılaşması istiqamətində mühüm addım ola bilər” bəyanatından da görmək mümkündür.
Belə ki, Mariya Zaxarovanın öz ölkə başçısının Azərbaycana qarşı yol verdiyi səhvləri düzəltməsini gözləmədən belə bir bəyanatla çıxış etməsi və Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması şərtini irəli sürməsi Kremlin növbəti hegemonluq cəhdi və ultimatum ritorikasıdır.
Biz Rusiya rəhbərliyindən Azərbaycan Prezidenti ilə iki-üç kəlməlik ayaqüstü söhbət və ya rusiyalı diplomatlardan şərt, ultimatum xarakterli bəyanatlar yox, Kremlin iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuş yanlış siyasətinin dayandırılması və bu siyasətin nəticəsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində görəcəkləri işlər, atacaqları addımlar barədə səmimi fikir və real hərəkət gözləyirik.