“Biz Ermənistan ABŞ əməkdaşlığının möhkəmlənməsi üçün səylərimizi və danışıqlarımızı davam etdiririk”

06.02.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan-ABŞ strateji tərəfdaşlığına əsaslanaraq, biz iki ölkə əməkdaşlığını möhkəmləndirmək üçün səylərimizi və danışıqlarımızı davam etdiririk”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “X” sosial media hesabında yazıb.

O bildirib ki, güclü təməl və gözəl perspektivlərlə biz əlaqələri dərinləşdirməyə və xalqımız üçün yeni imkanlardan istifadə etməyə sadiqik.

Qeyd edək ki, Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə ABŞ-də səfərdədir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью