Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Cənab Prezident İlham Əliyevin “Rossiya-24” kanalına müsahibəsi bir sıra mühüm məqamlarla yadda qaldı.
Xüsusilə Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə baş verən prosesləri, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri haqqında çox ciddi mülahizələr var idi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
İ.Hüseynov əlavə edib ki, eyni zamanda, bu müsahibə həm rusdilli auditoriyada, eləcə də Cənubi Qafqaz problemi ilə maraqlanan şəxslər arasında da ciddi müzakirə edilir, təhlil olunur: “Çünki Dmitri Kselyova müsahibəsi zamanı Prezident İlham Əliyev çox sadə dildə regional və qlobal məsələlərə toxunaraq yüksək intellekt, erudisiya nümayiş etdirdi, qlobal baxışları kifayət qədər aydın idi və fikirlərin məntiqi ardıcıllığı da bir azərbaycanlı olaraq, ekspert olaraq məndə böyük fəxarət, qürur hissi formalaşdırdı.
Çünki bu gün dünyada liderlərin defisiti var. Liderlərin atdığı addımların müəyyən ziddiyyətli olması prosesi görünməkdədir.
Azərbaycan lideri isə ərazi bütövlüyü və suverenliyini təmin etmiş dövlətin başçısı kimi həm də qlobal təhlükəsizliyə təşviq edir”.
Politoloq vurğulayıb ki, dövlət başçımız xüsusilə Gürcüstan ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və onun doğurduğu çətinliklər, onun həlli variantları istiqamətində mühüm fikirlər səsləndirib məsələnin mahiyyətinə toxundu, onun kökü haqqında fikirlərini bölüşdü: “Burada xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev kimi liderlərə qlobal mənada ehtiyac var.