Biz inanırıq ki, onlar Trampa mane olacaqlar Merejko

08.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-dakı seçkilərdə demokratların qalib gəlməsi nəticəsində Kiyevdə və ümumilikdə Ukraynada nikbinlik səviyyəsi artıb. Biz Konqresin Trampın Putinlə razılaşmalar əldə etmək cəhdlərinə mane olacaq amilə çevriləcəyinə inanırıq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin rəhbəri Aleksandr Merejko bildirib.

Bununla belə, o, açıq şəkildə Kreml rəhbəri Vladimir Putini dəstəkləyən Trampın siyasəti fonunda istənilən müsbət xəbərə ümid bəsləyən ukraynalıları həddindən artıq nikbinliyə qapılmamağa çağırıb:

“Hazırda bizim üçün vacib olan respublikaçıları da unutmamaq, onların hisslərinə toxunmamaq və hər iki partiya ilə yaxşı münasibətləri qoruyub saxlamaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью