Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq | Icma.az
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq. 2025-ci il iyunun 2-də Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmiz mühüm iqtisadi nailiyyətlər əldə etmişdir.
Həyata keçirilən islahatlar nəticəsində rəqabətqabiliyyətli iqtisadiyyat qurulmuş, Azərbaycanın ÜDM-i 3,6 dəfə artaraq 123 milyard manatı keçmişdir.
Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşmış, qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyümüşdür.
İnformasiya və rabitə sahəsində əlavə dəyər 20,9 dəfə, turizm və ictimai iaşə sektorunda 17,5 dəfə, nəqliyyat sektorunda isə 4,1 dəfə artmışdır ki, bu da qeyri-neft iqtisadiyyatının inkişafına ciddi töhfə vermişdir.
Azərbaycan 2003-2024-cü illər ərzində tam iqtisadi müstəqilliyə nail olmuş, dövlətin maliyyə imkanları nəzərəçarpacaq dərəcədə genişlənmişdir.
Əgər 2003-cü ildə ölkənin strateji valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları idisə, bu göstərici 2024-cü ildə 43 dəfə artaraq 68,5 milyard dollara çatmışdır.
Dövlət büdcəsi 29 dəfədən çox artmış, bu isə həm sosial rifahın yaxşılaşdırılmasına, həm də iqtisadi fəallığın dəstəklənməsinə şərait yaratmışdır.
Tam oxu
Xəbəri oxu