Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranla müqavilə İsrail və azad dünya üçün pisdir. Nöqtə.
Axar.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç özünün X səhifəsində yazıb.
“Birgə hərbi kampaniya İranın zəiflədilməsi istiqamətində bir çox nəticə verib və bu nailiyyətlər boşa getməyəcək. Biz rejimi devirmək üçün mübarizəni özümüz daha yaradıcı üsullarla davam etdirməli, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməliyik. Özünü baş nazirliyə uyğun hesab edən namizədlərdən heç biri hazırda İsrail hökumətinə, xüsusən də onun rəhbərinə tətbiq olunan təzyiqin 10%-nə belə tab gətirə bilməzdi”, - o əlavə edib.
Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.